Ehtiyatsızlıqdan kəndçisini güllələyən tutulub - TəfərrüatlarSizinxeber.az – Azərbaycan Xəbərləri

7 Mart 2021 - 18:29

Ehtiyatsızlıqdan kəndçisini güllələyən tutulub – Təfərrüatlar

Ehtiyatsızlıqdan kəndçisini güllələyən tutulub – Təfərrüatlar
ƏLAVƏ OLUNUB :

21 Fevral 2021 - 22:32

Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub.Bizimyol.info xəbər verir ki, DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, Gədəbəy rayon Miskinli kənd sakinləri, 1978-ci il təvəllüdlü Qamət Şahmalı oğlu Fatullayev və həmyerlisi, 1990-cı il təvəllüdlü Elnur Qurban oğlu Tağıyev birlikdə dovşan ovuna gediblər. Ov zamanı Q.Fatullayevin əlində olan ov tüfəngindən ehtiyatsızlıqdan açılan güllə E.Tağıyevin ayağına dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.***Gədəbəydə silahlı insident baş verib.APA-nın yerli bürosunun məlumatına görə, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.Yaralı əməliyyat olunub.Hadisənin baş vermə səbəbləri araşdırılır.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.