DTX-nın saxladığı bloger Aslan Qurbanova 7 il həbs cəzası verildiSizinxeber.az – Azərbaycan Xəbərləri

23 Temmuz 2021 - 19:25
www.kirikhanolay.com.tr
Gulet Boat best beaches Turkey Turkey Yacht service Yacht Agency Marmaris Marmaris Turkey https://rentyachtturkey.com/

DTX-nın saxladığı bloger Aslan Qurbanova 7 il həbs cəzası verildi

DTX-nın saxladığı bloger Aslan Qurbanova 7 il həbs cəzası verildi
Son Güncelleme :

11 İyun 2021 - 19:19

2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi bloger Aslan Qurbanov 7 il azadlıqdan məhrum edilib. Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Yeniavaz.com xəbər verir ki, məlumatı Azadlıq Radiosu yayıb.

Hökmə əsasən, Qurbanov CM-in 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirli bilinib.

İddia olunur ki, bloger “Facebook”, “Instagram” kimi sosial media platformalarındakı hesablardan dövlət əleyhinə təbliğat aparıb, milli ayrı-seçkilik ehtiva edən paylaşımları olub.

Qurbanov talışların hüquqlarının pozulması, onların ayrıseçkiliyə məruz qalması haqda həqiqətəuyğun olmayan materialların yayımında suçlanır. Amma o, özünü təqsirli bilmir.

Bloger heç vaxt Azərbaycan dövlətinə zərbə vurmaq niyyətində olmadığını vurğulayıb. Bloger həbs olunandan məhkəməsi başlanana qədər DTX-nın istintaq təcridxanasında saxlanılıb.

Azərbaycan Talışları İctimai Şurası Qurbanovun həbsi ilə bağlı bəyanatında bildirib ki, o, “Instagram”da, əsasən, tanınmış talış müğənnilərinin mahnılarını, talış yazarların şeir və hekayələrini paylaşırdı, talış əsilli qəhrəmanların təbliğatını aparırdı: “O, talış mədəniyyətini, ədəbiyyatını təbliğ edirdi. Bunu ayrı-seçkilik, dövlətçiliyə qarşı addım kimi dəyərləndirmək düzgün deyil”.

Bax Azerbaycandan Gelip Seni Sikerem