23 din xadimi ayinlərin icraçısı vəzifəsinə təyinat alıb
sizinxeber.az xəbər saytı

23 din xadimi ayinlərin icraçısı vəzifəsinə təyinat alıb


Din xadimlərindən 5 imam, 14 imam müavini və 4 qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitə sədri Ramin Məmmədov mayın 21-də İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb.

O, din xadimlərinin vəzifəyə təyin olunmasında şəffaf və obyektiv meyarların tətbiqinin bu sahədə peşəkar yanaşmanın, ictimai etimadın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Sədr din xadimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

R.Məmmədov, eyni zamanda Komitə tərəfindən dini və milli-mənəvi dəyərlərin sağlam təməllər üzərində təbliğ olunması məqsədilə çap edilən “Xütbələr” kitabından istifadənin vacibliyinə toxunub.

Yeni təyinat almış din xadimləri dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirərək məmnunluqlarını ifadə ediblər.

Oxşar xəbərlər

Ramin Məmmədov məscidlərə təyinat alan şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə görüşüb
Ramin Məmmədov yeni təyinat alan din xadimləri ilə görüşüb
Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır
Məscidlərə imam, imam müavini və qadın dini ayinlərin icraçısı axtarılır
İmam və imam müavini vəzifələri üzrə müsahibələrin nəticəsi açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər