Vatikanda yeni Roma Papasının taxta çıxma mərasimi keçirilir
sizinxeber.az xəbər saytı

Vatikanda yeni Roma Papasının taxta çıxma mərasimi keçirilir


Vatikanda Roma Papası XIV Levin taxta çıxma mərasimi keçirilir.

“Report” xəbər verir ki, birbaşa yayımı Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi yutub kanalında aparır.

Mərasimdən əvvəl pontifik papamobillə dünyanın hər yerindən minlərlə xristianın toplandığı Müqəddəs Petrus meydanına gəlib. Daha sonra XIV Leo messa keçirməli və papa hakimiyyətinin fərqləndirici nişanlarını – balıqçı üzüyünü və pallium (üzərində altı qara xaç tikilmiş ağ lent şəklində stela – red.) almalıdır.

Tədbirə gələn xarici liderlər arasında İspaniya Kralı VI Filip, Belçika Kralı Filip, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen görünür. Bundan başqa, Vatikanda ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio iştirak edirlər.

Mərasimdə Azərbaycanı Milli Məclisin (parlament) sədri Sahibə Qafarova təmsil edir.

Oxşar xəbərlər

Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib
Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO
Vatikanda Papa Fransisk ilə vida mərasimi başlayıb
Vatikanda Roma Papasının vəziyyətinin yaxşılaşdığı bildirilib
Yeni seçilən Roma Papasının kimliyi məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər