Ramin Məmmədov Oğuzda bir neçə dini ibadət ocağında olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Oğuz şəhərində yerləşən “Cümə” məscidində, “Yuxarı məhəllə” sinaqoqunda və Müqəddəs Yelisey adına Kala (Böyük) Alban Kilsəsində olub.
"Sizinxeber.az"un xəbərinə görə, R.Məmmədov din xadimləri ilə görüş zamanı dini sahədə dövlət siyasətinin dünyəvilik və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirib.
Dini Komitənin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət dini dözümlülük mədəniyyətinin inkişafında mühüm rol oynayır:
"Dövlət başçısının rəhbərliyi ilə dini ibadət yerlərinin bərpası, yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Azərbaycan dövləti bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradır, dini etiqad azadlığının və multikultural dəyərlərin qorunmasına xüsusi önəm verir".
Dini Komitənin sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər. R.Məmmədov dinin insanların mənəvi ehtiyaclarını ödəmək üçün mövcud olan dəyərlər sistemi kimi təqdim edilməsində din xadimlərinin xüsusi rola malik olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Dini Komitənin sədri Moskvada keçiriləcək qurultayda iştirak edəcək
Dini Komitənin sədri Kambocaya səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












