“Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqənin qalibləri mükafatlandırılıblar
“Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıblar.
"Report" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilmiş müsabiqənin nəticələrinə əsasən, "İslamşünaslıq" ixtisası I kurs tələbəsi Cəlal Cəfərli birinci, "İslamşünaslıq" ixtisası I kurs tələbəsi Elvin Qurbanov ikinci, "İslamşünaslıq" ixtisası I kurs tələbəsi Məhəmməd Güləliyev və "Dinşünaslıq" ixtisası I kurs tələbəsi Fatimə Həsənzadə üçüncü yerə layiq görülüblər.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov tədbirdə çıxış edərək, bildirib ki, ali təhsil müəssisəsi tələbələrin öz potensiallarından tam istifadəsi, motivasiyalarının yüksəldilməsi, elmi axtarışlara sövq edilməsi, ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə diqqətə çatdırıb ki, təsis olunmuş təqaüdlərin hər birinin məqsədi Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin təhsilə olan marağını gücləndirməkdən, ixtisaslı kadrların yetişdirilməsini stimullaşdırmaqdan və tələbələrin ərəb dili üzrə biliklərinin artırılmasına dəstək göstərməkdən ibarətdir.
"Lakin onların hamısının vahid ideyası ləyaqətli vətəndaş yetişdirməkdir. Ölkəmizin gələcəyi təhsilli, elmli, vətənpərvər gənclərə bağlıdır. Bu təqaüdlərin fəlsəfəsində dayanan ləyaqət anlayışı məhz yüksək təhsil, vətənpərvərlik, milli-mənəvi köklərinə bağlılıq kimi ali dəyərləri özündə ehtiva edir" - komitə sədri əlavə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov çıxışında vurğulayıb ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi, istedadlı şəxslərin təhsilini davam etdirməsinə dəstək göstərməkdir. Bu məqsədilə Fond Azərbaycan İlahiyyat İnstitutu ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.
Qeyd edək ki, "Qurani-Kərim" qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə “Seyid Yəhya Bakuvi” təqaüdü təsis edilib. “Seyid Yəhya Bakuvi” təqaüd proqramının seçim mərhələsi 2025-ci il martın 14-də keçirilib. Müsabiqə komissiyası tərəfindən təsdiq olunmuş meyarlar nəzərə alınmaqla, ali təhsilin bakalavriat səviyyəsində təhsil alan Aİİ tələbələri arasında seçim aparılıb. Təqaüd Qiymətləndirmə Komissiyasının qərarı əsasında qalib seçilmiş şəxsə 1 il müddətində veriləcək.
Oxşar xəbərlər
Aİİ tələbələri üçün yeni təqaüd proqramları təsis edilib
Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü
BDU-nun tələbəsi yol qəzasında ölüb
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
Bakıda dini təhsilə həsr edilən beynəlxalq simpozium keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












