QMİ sədri: Ermənilərin azad olunmuş ərazilərdəki kilsələri erməni kilsəsi adlandırması düzgün deyil
sizinxeber.az xəbər saytı

QMİ sədri: Ermənilərin azad olunmuş ərazilərdəki kilsələri erməni kilsəsi adlandırması düzgün deyil


Ermənilərin işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən kilsələri erməni kilsəsi adlandırması düzgün deyil.

Bunu "Report"un azad olunmuş ərazilərə ezam edimiş əməkdaşının sualına cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, həmin kilsələr 1883-cü ildə Rusiya İmperiyası tərəfindən onlara verilib, lakin heç vaxt onların olmayıb:

"Torpaqlarımız kimi kilsələri də özününküləşdiriblər. Bununla bağlı Rus Pravoslav Kilsəsinə və Roma Papasına müraciət etmişik. Beynəlxalq konfranslarda bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Qarabağda məscidlərlə yanaşı, kilsələr də təmir olunur. Bakıda da yerləşən erməni kilsəsi təmir olunub".

QMİ sədri bildirib ki, Azərbaycan öz mədəniyyətinə yanaşdığı kimi, digər xalqların mədəniyyətinə də hörmətlə yanaşır:

"Lakin onlar yalanlar danışırlar. Erməni kilsəsi çox pis vəziyyətdədir. Bütün ermənilərin katalikosu II Qaregin Qarabağın erməni torpağı olduğunu deyərək yalanlar danışır. Burada təkcə alban-udin kilsələri deyil, həm də pravoslav kilsəsi dağıdılıb”.

Oxşar xəbərlər

Erməni Apostol Kilsəsi müharibəni təbliğ edir - Şeyx
Allahşükür Paşazadə Ağdamdan dünya dini liderlərinə çağırış edib
Allahşükür Paşazadə sabah Rusiyaya gedir
Allahşükür Paşazadənin 75 yaşı tamam olur
Bakı və Azərbaycan yepiskopu: Azad olunmuş ərazilərdə dağıdılan dini məbədlərin bərpasına kömək edə bilərik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər