Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.
"Report"un azad olunmuş ərazilərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qonaqları Füzuli Hava Limanında Azərbaycan Prezidentinin Ağdam, Füzuli, Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.
Din və hökumət nümayəndələri səfər çərçivəsində Füzuli, Ağdam, Xocalı, Əskəran, Xankəndi və Şuşada işğal dövründə erməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanış olacaqlar. Onlar məscid və ziyarətgahlara baş çəkəcək, azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılacaqlar.
Bildirilib ki, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın Ağdam Cümə məscidində azan verməsi, ziyarətçilərin camaat namazı nəzərdə tutulur. Bu, Ağdam Cümə məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə qılınacaq camaat namazıdır.
Oxşar xəbərlər
Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılınacaq
Gürcüstandan gələn ruhanilər Ağdam Cümə məscidində şükür namazı qılıb
Gürcüstandan gələn ruhanilər Ağdam Cümə məscidində şükür namazı qılıb - FOTOLENT
Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi
Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
