

Ramin Məmmədov yeni təyinat alan din xadimləri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün 27 iyun - 6 iyulda keçirilən müsahibədə uğur qazanan və təyinat alan din xadimləri ilə görüşüb.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan İlahiyyat İnstititunda keçirilən görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini icmalara dövlət qayğısının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli-mənəvi dəyərlərimizin, tarixi dini abidələrimizin bərpası və qorunması, dini fəaliyyət sahəsində məsələlərin həlli istiqamətində kompleks addımlar atıldığını qeyd edib.
R. Məmmədov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin qorunması sahəsindəki fəaliyyətinin önəmini vurğulayıb.
Din xadimlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkəmizdəki sağlam dini mühitin möhkəmlənməsi, xalqımıza xas milli birlik ənənələrinin təbliği din xadimlərinin fəaliyyətində əsas prioritetlərdən olmalıdır.
Görüşdə yeni təyinat almış din xadimlərinin fikirləri və təklifləri dinlənilib.
Oxşar xəbərlər
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ramin Məmmədov Bibiheybət ziyarətgah kompleksində din xadimləri ilə görüşüb
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub
Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
