Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
mar
2026
11:30
0
0
1 027
ff aaaaaaa

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

19 mar, 2026
11:30
1 027

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanın bütün məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.

"Sizinxeber.az" xəbər verir ki, martın 20-də Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.

Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq.

QMİ Qazılar Şurasının martın 19-da yaydığı fətvada qeyd edilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.

Fətvada həmçinin vurğulanıb ki, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul