Azərbaycanın Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tac arasında Vatikanda Memorandum imzalanacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanın Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tac arasında Vatikanda Memorandum imzalanacaq


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 26-da Vatikana səfər edəcək.

Komitədən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Vatikan şəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır.

Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsində dinlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Sənədin imzalanmasında əsas məqsəd mədəni və dini irsin qorunması, habelə dini təhsil müəssisələri arasında əməkdaşlığın, dinlərarası dialoqun qlobal səviyyədə təşviqi istiqamətində əlaqələrin dərinləşdirilməsinə töhfə verməkdən ibarətdir.

İyulun 30-dək davam edəcək səfər çərçivəsində Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb
Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Elçin Əmirbəyov: Dini tolerantlıq Azərbaycanın fərqləndirici xüsusiyyətidir
Azərbaycanın multikulturalizm və tolerantlıq modeli Almaniyada müzakirə ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle