Ramin Məmmədov Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 24-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Rolf Bayars ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, görüş zamanı Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri barədə fikir mübadiləsi aparılıb.
Dini icmalara dövlət tərəfindən göstərilən dəstək, konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi istiqamətində atılan addımların dini müxtəlifliyin qorunub saxlanılmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələr nümunəvi xarakter daşıyır. Uğurlu multikulturalizm və tolerantlıq modelinə malik ölkəmizin bu sahədəki nailiyyətləri bütün dünyada maraq doğurur.
Söhbət əsnasında ölkədəki bütün dini konfessiyalara, o cümlədən lüteran icmasına göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edilib.
Qeyd edək ki, görüşdə Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının pastoru Lemke Qothard Günter Valter və “Xilaskar” Yevangelik-Lüteranların Bakı Dini icmasının sədri Vera Nesterova da iştirak ediblər.
Oxşar xəbərlər
Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb
Dövlət Komitəsinin sədri Bakı və Azərbaycan yepiskopu ilə görüşüb
Azərbaycanın multikulturalizm və tolerantlıq modeli Almaniyada müzakirə ediləcək
ICESCO-nun baş direktoru: Azərbaycanın dinlərarası münasibətlərə töhfə verən təşəbbüsləri yüksək dəyərləndirilir
Ramin Məmmədov Vyetnamın etnik azlıqlar və dini işlər nazirini Azərbaycana dəvət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













