DİN-dən Bakıda xüsusi karantinə məhəl qoymayan restoranda əməliyyat: Onlarla müştəri... - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 21:00

DİN-dən Bakıda xüsusi karantinə məhəl qoymayan restoranda əməliyyat: Onlarla müştəri… – FOTO

DİN-dən Bakıda xüsusi karantinə məhəl qoymayan restoranda əməliyyat: Onlarla müştəri… – FOTO
ƏLAVƏ OLUNUB :

19 Dekabr 2020 - 16:44

DİN-dən Bakıda xüsusi karantinə məhəl qoymayan restoranda əməliyyat: Onlarla müştəri… – FOTO
Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydalarını pozaraq, fəaliyyət göstərən restoran aşkarlanıb. 
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Nadir Səmədov, həmçinin, orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər. 
Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.