Cəlilabad və Masallıda evi tərk edən COVID-19 xəstələri aşkarlandı - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

26 Ocak 2021 - 04:33

Cəlilabad və Masallıda evi tərk edən COVID-19 xəstələri aşkarlandı – FOTO

Cəlilabad və Masallıda evi tərk edən COVID-19 xəstələri aşkarlandı – FOTO
ƏLAVƏ OLUNUB :

03 Dekabr 2020 - 13:27

Cəlilabad və Masallıda evi tərk edən COVID-19 xəstələri aşkarlandı – FOTO
Cəlilabad və Masallıda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha iki nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 
Bildirilib ki, Cəlilabad rayon sakini Mülayim Seydanova və Masallı rayonunun Səmidxan kənd sakini Əli Məlikova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və M.Seydanov Cəlilabad şəhəri ərazisində, Ə.Məlikov isə Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının qarşısında aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Office 2013

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.