Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”Sizinxeber.az – Azərbaycan Xəbərləri

20 Ocak 2021 - 10:23

Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”

Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”
ƏLAVƏ OLUNUB :

24 Noyabr 2020 - 14:43

Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”
Türkiyə ilə Rusiya arasındakı münasibətlər ortaq maraqlara və qarşılıqlı hörmətə söykənir.
TASS xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu deyib.
Onun sözlərinə görə, hər iki dövlət arasında münasibətlərin müsbət dinamikada inkişafı davam edir.
“Rusiya ilə münasibətlərimiz xarici siyasətimizin vacib tərəfidir. Türkiyə ilə Rusiya Federasiyası arasındakı münasibətlər ortaq maraqlara və qarşılıqlı hörmətə söykənir. Rusiya ilə razılığa gələ bilməyəcəyimiz məsələlərin olmasına baxmayaraq, canlı dialoq aparmağa və ortaq məxrəcə gəlməyə çalışırıq. Dialoqumuz Dağlıq Qarabağda olduğu kimi nəzərəçarpacaq nəticələr verməyə davam edir”.
Türkiyəli nazir bildirib ki, ölkəsi qarşıdakı dövrdə də Rusiya ilə bu strateji yanaşmaya sadiq qalmağa davam edəcək.
Çavuşoğlu qeyd edib ki, 2020-ci ilin ilk 9 ayında Türkiyə ilə Rusiya arasındakı ikitərəfli ticarətin həcmi 14 milyard dollar olub.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.