Sizinxeber.az – Azərbaycan Xəbərləri

Bu gecə Almaniyadan xeyli azərbaycanlı deportasiya olunacaq

Bu gecə Almaniyadan xeyli azərbaycanlı deportasiya olunacaq
68 dəfə Baxılıb
15 Noyabr 2019 - 21:55

Almaniyada azərbaycanlılarla bağlı böyük qalmaqal yaşanır. Arasında bir neçə müxalifətçi olmaqla 8 azərbaycanlı həbs olunub. Bizimyol.info xəbər verir ki, bu gecə Almaniyadan xeyli azərbaycanlının deportasiya olunması gözlənilir. Xüsusilə Bavariya vilayətində mühacir həyatı yaşayanların əhəmiyyətli hissəsi Azərbaycana qaytarılacaq. Onların arasında Müsavat partiyasının sənədləri ilə gedənlər də var. Ümumiyyətlə, Bavariya vilayətində siyasi mühacir məsələsinə həssas yanaşırlar. Azərbaycanlılar Almaniyanın daha çox bu hissəsində oturumla bağlı rədd cavabı alırlar. Bavariyada deportasiya təhlükəsi yaşadığından, Avropanın başqa ölkələrinə üz tutanlar da var. Avropaya siyasi mühacirətlə gedənlərin arasında son hadisələrlə bağlı ciddi narahatlıq var. Çünki daha bir neçə azərbaycanlının həbs olunmaq ehtimalı qalır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]