Bank söz verdi, ancaq cəbhədə vuruşan əsgərin borcunu silmədiSizinxeber.az – Azərbaycan Xəbərləri

20 Ocak 2021 - 09:36

Bank söz verdi, ancaq cəbhədə vuruşan əsgərin borcunu silmədi

Bank söz verdi, ancaq cəbhədə vuruşan əsgərin borcunu silmədi
ƏLAVƏ OLUNUB :

18 Noyabr 2020 - 23:20

Sosial şəbəkələrdə yayılmış məlumata əsasən, Bank VTB Şuşanın alınmasında qəhrəmanlıq göstərən Elçin Əhməd oğlu Əhmədovun kreditini bağışlanacağını bildirib. Ancaq bir müddətdən sonra bankdan əsgərin qardaşı Rəşad Əhmədova zəng edilib və borcun ödənilməsi istənilib.

Həmin səbəbdən sosial media istifadəçiləri etirazlara başlayıblar.

Mövzu ilə bağlı Axar.az-ın sorğusunu cavablayan VTB Bankının İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Gülçin Qədirova bildirib ki, hərbiçimizə kreditlə əlaqəli həll yolları təqdim olunub:

“Biz fərdi yanaşmanın tərəfdarıyıq və hər konkret hadisədən asılı olaraq, krediti olan müştərilərimizə kreditin restrukturizasiyasını, ödəniş üçün güzəşt müddətinin verilməsi və ya borcun tənzimlənməsinin digər mexanizmlərini təklif edirik. Əvvəl də söz verdiyimiz kimi, biz müştərinin ailə üzvü ilə əlaqə saxlamışıq və Azərbaycan Respublikası qanunvericiliyi və bütün tənzimləyici orqanların göstərişlərinə əsasən, vəziyyətin həlli yollarını təklif etmişik”.

Qeyd edək ki, əsgərin banka təxminən 4,5 min manat civarında borcu olduğu bildirilir.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.