Bakının daha bir poliklinikasında vaksinasiyaya start verildi - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

9 Mart 2021 - 03:15

Bakının daha bir poliklinikasında vaksinasiyaya start verildi – FOTO

Bakının daha bir poliklinikasında vaksinasiyaya start verildi – FOTO
ƏLAVƏ OLUNUB :

18 Yanvar 2021 - 14:18

Bakıda 2 saylı Şəhər Poliklinikasında da tibb işçilərinin vaksinasiyasına başlanılıb.
Bu barədə Oxu.Az-a açıqlamasında 2 saylı Şəhər Poliklinikasının baş həkimi Sevda Aslanova məlumat verib.
O bildirib ki, poliklinikada 150 nəfərlik tibb işçisi çalışır:
“Tibb işçilərimiz arasında bu günə qədər 20 nəfər koronavirusa yoluxub. Virusa yoluxanlarda infeksiya əleyhinə anticisimlər formalaşdığı üçün onların vaksinasiyasına ehtiyac yoxdur. 130 tibb işçisinin vaksinasiyası həyata keçiriləcək.
Tibb işçiləri arasında təxminən 10 nəfər yaşı 65-dən yuxarı olan həmkarlardır. Vaksinasiya 21 gün fərqlə iki dəfə vurulacaq. Bununla da vaksinasiya prosesi yekunlaşmış hesab olunacaq”.
Poliklinikanın şöbə müdiri Solmaz Qarayeva bildirib ki, vaksinasiya zamanı yüngül allergik reaksiyanın müşayiət edilmə ehtimal var:
“Bir şəxsə vaksin 14-21 gün fərqlə vurulacaq. Vaksin vurulduqdan sonra şəxslər 30 dəqiqə həkim nəzarətində saxlanılacaq. Bu, canlı yox, ölü virusdur və ona görə də hər hansı ağır reaksiya gözlənilmir. Heç bir reaksiya olmasa, normal qaydada işlərinə davam edə bilərlər.
Bəzi xəstəliklər var ki, onlara həkim nəzarətində vaksin vurulacaq. Məsələn, immun çatışmazlığı olan şəxslər, aktiv epilepsiya xəstələri və s. Poliklinikada vaksinasiya üçün biri peyvənddən qabaq müayinə otağı olmaqla iki otaq ayrılıb. Vaksinasiyadan qabaq hər kəsin hərarəti və təzyiqi ölçülür, anemnezi öyrənilir. Daha sonra vəziyyətə uyğun olaraq vaksin vurulur. Hər bir peyvənd otağında iki tibb işçisi əyləşəcək və vaksinasiya prosesini həyata keçirəcək. Gün ərzində 10 tibb işçisinin vaksinasiyası nəzərdə tutulub”.
Baş həkimin sözlərinə görə, 2 saylı Şəhər Poliklinikasında həm də 3 nömrəli Tələbə Poliklinikasının 20 əməkdaşının vaksinasiyası aparılacaq.
Həkim Səidə Dərgahzadə, tibb bacısı Mehdiyevə Samirə və LOR həkim Arzu Baxışova vaksinasiya edilib.
Vaksinlərdən sonra həkimlər 30 dəqiqə nəzarətdə saxlanılıb və heç birində əks-reaksiya müşayiət edilməyib.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.