Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

13 Nisan 2021 - 10:54

Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib – FOTO

Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib – FOTO
ƏLAVƏ OLUNUB :

26 Fevral 2021 - 22:10

Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib – FOTO
Səfirliyin təşəbbüsü ilə və İordaniyada COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş qaydalara riayət edilməklə, cari ilin 25 fevral tarixində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım gecəsi təşkil edilmişdir.
Bu barədə Azərbaycanın İordaniyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə, Pakistan, Qazaxıstan və Gürcüstanın Əmmandakı diplomatik missiya rəhbərlərinin, eləcə də İordaniya parlament, beyin mərkəzi və mətbuat nümayəndələrinin, o cümlədən  ölkəmizin ali təhsil müəssisələrini bitirmiş iordaniyalı məzunların iştirak etdikləri anım tədbiri Xocalı və Vətən müharibəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Səfirliyin müvəqəti işlər vəkili Elnur Şahhüseynov qonaqları salamlayaraq, dəvəti qəbul etdiklərinə görə dərin təşəkkürünü ifadə edib.
Xocalı faciəsi üzərində ətraflı dayandığı zaman Səfirliyimizin nümayəndəsi Fransanın “Le Mond”, Böyük Britaniyanın “Tayms” kimi Avropanın aparıcı qəzetlərinin nəql etdiyi xəbərləri, o zaman qanunsuz silahlı birləşmələrin komandiri, sonradan Ermənistana rəhbərlik etmiş S.Sarkisyanın britaniyalı jurnalist Tomas De Vaala söylədiyi fikirləri, erməni müəllifi Markar Melkonyanın “Arabo” və “Aramo” döyüşçüləri barəsində xatirələri anım iştirakçılarının diqqətinə çatdırıb, Xocalı qətliamının XX əsr boyu terrorçu ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın və etnik təmizləmələrin davamı olduğuna diqqət çəkib. Eyni zamanda, Ermənistan Respublikasının bəşəriyyətə qarşı cinayətləri 2020-ci ildəki Vətən müharibəmiz dövründə yenidən özünü bariz şəkildə göstərdiyi qeyd edilib və bu cinayətlərlə əlaqədar bir sıra məlumatlar təqdim edilib. 
Soydaşlarımızın kütləvi məhvinə dair beynəlxalq siyasi və hüquqi qiymətə gəlincə, bu məsələdə E.Şahhüseynov Avropa Şurası Nazirlər Komitəsinin 11 mart 1992-ci il tarixli bəyannaməsi və Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı barədə dinləyicilərə məlumat verərək, 19 iyun 2013-cü ildə İordaniya Senatında Xocalı soyqırmını pisləyən bəyanatın qəbul edildiyini, bununla da İordaniyanın Xocalı şəhərində kütləvi qırğını tanıyan ilk ərəb ölkəsi olduğunu və Azərbaycanda bunu yüksək təqdir etdiyimizi xüsusi qeyd edib, bu faciənin dünya miqyasında tanıdılması istiqamətində Azərbaycanda görülən işlərdən söhbət açıb. Nəzərə çatdırıb ki, məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə beynəlxalq təbliğat işlərinə start verildi, “Xocalıya Ədalət!” kampaniyası başladı.
Natiq, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin qlobal müstəvidə geniş təbliğ edilməsi yönündəki mühüm rolunu, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında 26 fevral 2019-cu ildə Bakıda keçirilmiş xalq yürüşünün önəmliyini qabardıb.
Çıxışında E.Şahhüseynov Azərbaycan həqiqətlərinin İordaniya cəmiyyətində geniş təbliğ etdiklərinə görə, dost və qardaş iordaniyalılara dərin minnətdarlığını da ifadə edib.
Ardınca çıxış edən Pakistanın müvəqqəti işlər vəkili Teymur Zülfuqar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin sərkərdəliyi altında qazanılmış möhtəşəm Zəfər münasibətilə qardaş xalqımıza və dövlətimizə təbriklərini çatdırıb, ölkəsinin Xocalı soyqırımını şiddətlə qinayan və rəsmən tanıyan, habelə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı davamlı şəkildə dəstəkləyən ölkələr sırasında yer aldığını xatırladıb.
“İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubu”nun idarə heyətinin sədri Əyhəm Əbu Annəb və tarixçi Ömər əl-Armuti də öz çıxışlarında parlaq Qələbə münasibətilə səmimi təbriklərini ifadə edib, Xocalı soyqırımını qətiyyətlə pisləyib və Azərbaycanın haqq işini və həqiqətlərini bundan sonra da İordaniyada geniş təbliğatını davam etdirəcəklərini vəd ediblər.
Çıxışlardan sonra “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib, “İrs” jurnalının son sayının ərəbdilli versiyasından, o cümlədən Səfirliyin sifarişi ilə hazırlanmış və üzərlərində ərəb dilində “Xocalıya Ədalət! 26 fevral 1992-ci il” sözləri yazılmış bloknot, qələm və vizit kart qabını ehtiva edən qutudan ibarət çantalar paylanılıb.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.

dubai escort berlin escort sex hikayeleri seks hikayeleri porno