Azərbaycanda daha bir alim koronavirusdan vəfat etdi - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

22 Ocak 2021 - 13:21

Azərbaycanda daha bir alim koronavirusdan vəfat etdi – FOTO

Azərbaycanda daha bir alim koronavirusdan vəfat etdi – FOTO
ƏLAVƏ OLUNUB :

16 Dekabr 2020 - 11:28

Azərbaycanın ziyalı ictimai xadimlərindən daha biri koronavirusla mübarizədə məğlub olub.  Oxu.Az-ın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, alim Arif Məhərrəmov dekabrın 14-də koronavirusdan vəfat edib.   Məlumatı redaksiyamıza onun bacısı oğlu Rafael Abdullayev təsdiq edib. Xatırladaq ki, 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anadan olan alim, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru professorudur. 2017-ci ildə “İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Eyni zamanda Arif Məhərrəmov uzun müddət pedoqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Texniki Universitet və Azərbaycan Kooperasiya Universitetində professor fakültə dekanı vəzifəsində çalışıb. Arif Məhərrəmov 400-dən artıq elmi işlərin müəllifidir.  

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.