Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

27 Şubat 2021 - 12:44

Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər – FOTO

Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər – FOTO
ƏLAVƏ OLUNUB :

15 Yanvar 2021 - 10:01

Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər – FOTO
ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən türk icmasının aktiv üzvləri “The Wall Street Journal” nəşrinin bir neçə gün əvvəl FETÖ terror təşkilatının axtarışda olan üzvü, basketbolçu Enes Kanterin Türkiyə əleyhinə böhtanlarının dərc edilməsinə etiraz olaraq qəzetin mərkəzi binasının qarşısında etiraz aksiyası keçiriblər.
“Report”un yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarına Nyu-Yorkdakı Azərbaycan icmasının üzvləri də dəstək verib. Azərbaycan və Türkiyə bayraqları ilə əraziyə gələn nümayişçilər əllərində 15 iyul 2016-cı ildə Tükiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı haqqında məlumatların əks olunduğu plakatlar nümayiş etdirib, sloqanlar səsləndiriblər.
Aksiyada çıxış edən Türk-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) idarə heyətinin həmsədri Halil Mutlu mütəmadi olaraq Türkiyə ilə bağlı qərəzli xəbərlər işıqlandıran, Türkiyə hakimiyyətini tənqid edən “The Wall Street Journal” qəzetinin bu cür fəaliyyətinin qəbuledilməz olduğunu deyib. Halil Mutlu nəşrin rəhbərliyini qəzetdə və ona aid saytda aparılan bu çirkin təbliğatı dayandırmağa və qərəzli mövqeyə son qoymağa çağırıb.
Aksiya zamanı əraziyə cəlb edilmiş Nyu-York polisi etirazçıların təhlükəsizliyini təmin edib. Sonda TASC adından qəbul edilmiş etiraz bəyanatı “The Wall Street Journal” qəzetinin redaktorlarına göndərilib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.