Sizinxeber.Az

Canibekyan TNT rəhbərliyindən uzaqlaşdırıldı

0 1

Mediamaqnat, “Comedy Club Production”ın yaradıcısı Artur Canibekyan TNT, “Pyatnitsa”, “Matç” TV və digər kanalların daxil olduğu “Qazprom-media əyləncə televiziyası” subholdinqinin rəhbərliyindən uzaqlaşdırılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Qazprom-media”nın mətbuat katibi məlumat yayıb. 

Bu qərarı holdinqin direktorlar şurası qəbul edib. İndi təkbaşına icra orqanı funksiyası Dmitri Çernışenkovun baş direktoru olduğu holdinq tərəfindən yerinə yetiriləcək. 

O, bütün strateji və bir sıra mühüm əməliyyat funksiyalarını idarə edəcək. 

Şərhlər
Loading...