Sizinxeber.Az

Deputat: İnsanları mitinqlərə çağıranların övladları müharibəyə gedəcəklər?

0 2

Millət vəkili Siyavuş Novruzov Qarabağ məsələsi ilə bağlı bəzi qüvvələr tərəfindən etiraz aksiyalarının keçirilməsini sərt tənqid edib.

Oxu.Az xəbər verir ki, bu haqda fikirlərini parlamentin oktyabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı dilə gətirən millət vəkili bildirib ki, əslində, bunlar erməni dəyirmanına su tökməkdir.

Onun sözlərinə görə, Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi gedir və bu məsələdə bütün səlahiyyət ölkə prezidentinindir:

“Mintinq keçirənlər belə əcaib arqumentlər gətirirlər ki, bəs Qarabağ məsələsi ilə bağlı cənab prezidentə hansısa təzyiqlər və onlar da bu təzyiqlərin qarşısını almaq istəyirlər… Bu, nə arqumentdir? Azərbaycan xalqı prezident seçkilərində cənab prezidentə mandat, səlahiyyət verib və Qarabağ məsələsində bütün səlahiyyət onun üzərindədir.

Özü də cənab prezident özü ən sərt şəkildə mövqeyini ortaya qoyub. Amma bunlar gülünc arqumentlərlə ortaya düşüblər. Qarabağ Azərbaycanındır. Burada sənin, mənim məsələsi yoxdur. Biz Qarabağ məsələsində sülh danışıqlarına üstünlük veririk. Amma lazım gəlsə, torpaqlarımızı digər vasitələrlə də azad edəcəyik. İndi insanları mitinqlərə çağıranların övladları, görəsən, müharibə olsa, gedəcəklərmi?.. Onlar insanların heysiyyəti ilə oynamasınlar”.

 

Şərhlər
Loading...