Sizinxeber.Az

Azərbaycanın nəhəng müqaviləsi ləğv edilə bilər

0 2

Dağıstanda “Xəzər vərəqə şüşə zavodu” Səhmdar Cəmiyyətinin baş direktou İqor Kremer və onun müavini Anvar Faxrutdinov saxlanılıb. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, İqor Kremer sentyabrın 27-də Bakıda keçirilən Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edən Rusiya nümayəndə heyətinin tərkibində yer alıb.

Forum çərçivəsində İqor Kremer Azərbaycanın “Glass House” şirkəti ilə 2019-cu ildə “Xəzər vərəqə şüşə zavodu” Səhmdar Cəmiyyəti arasında beş milyon dollarlıq şüşə təchizatına dair müqaviləyə imza atıb.

Müqaviləni Azərbaycan tərəfdən “Glass House” şirkətinin rəhbəri Bəxtiyar Bəşirov imzalayıb. Bu, Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində əldə olunan ən iri sövdələşmələrdən biri olub.

Saxlanılan şəxslər külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinirlər. 

“Xəzər şüşə zavodu” Rusiyanın cənubunda şüşə istehsalı ilə məşğul olan nəhəng müəssisə hesab olunur. 

Şərhlər
Loading...