Sizinxeber.Az

Paşinyan müxalifətlə anlaşa bilmədi

0 1

Ermənistan baş naziri Nikol Paşinyan müxalifətlə anlaşa bilməyib.

Oxu.Az “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, Paşinyanın Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanla növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələri nəticəsiz qalıb. 

Baş nazir bildirib ki, hazırkı mərhələdə Respublika Partiyası özünü qeyri-konstruktiv aparır.

Bununla belə, o, bu cür görüşlərin davam etdiriləcəyini deyib:

“Onlar deyirlər ki, parlament seçkiləri 2022-ci ildə keçirilməlidir. Bu, qeyri-konstruktiv yanaşmadır. Növbədənkənar seçkiləri xalq tələb edir”.

Paşinyan hesab edir ki, növbədənkənar parlament seçkiləri yaxın 2-3 ayda keçirilməlidir.  

Şərhlər
Loading...