Sizinxeber.Az

“Ermənistan-Azərbaycan danışıqlarında müvafiq addımlar atılmaqdadır” — Politoloq

0 1
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurası çərçivəsində Düşənbədə keçirilən görüşündən belə bir nəticə çıxarmaq olar ki, N.Paşinyanın bundan əvvəl verdiyi bəyanatlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda tərəf kimi iştirak etməsi məsələsi artıq aradan götürüldü.

“Ölkə.Az” xəbər verir ki, bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev hesab edir ki, bu məsələnin yenidən gündəmə gəlməsi artıq qeyri-mümkün görünür:

“Eyni zamanda Düşənbə görüşünu Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması üzrə danışıqların yenidən başlanmasına bir istiqamət kimi dəyərləndirmək mümkündür. Hər iki dövlətin güc strukturlarına, ümumiyyətlə, bu məsələ ilə məşğul olan qurumlara verilən tapşırıqlar bundan ibarətdir ki, onlar daim təmasda olacaqlar”.

Politoloqun sözlərinə görə, N.Paşinyanın sosial şəbəkə vasitəsilə yaydığı bəyanatdan aydın olur ki, o, hətta qondarma rejimin rəhbərliyinə təmas xəttində tam şəkildə atəşkəsə nail olmaq üçün əlindən gələni etməsi tapşırığını verib: “Bu da mühüm amildir. Yəni artıq Ermənistan-Azərbaycan danışıqlarında Azərbaycan diplomatiyasının da istədiyi kimi, müvafiq addımlar atılmaqdadır”.

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevlə N.Paşinyanın Düşənbə görüşünün nəticəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Azərbaycan və Ermənistan arasında davam etdirilməsinə nail olundu.

Şərhlər
Loading...