"Cənub Hazırlıq Kursunda Qaliblərə Ədalətsiz Yanaşma?" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
mar
2025
01:09
0
0
6 694

"Cənub Hazırlıq Kursunda Qaliblərə Ədalətsiz Yanaşma?"

10 mar, 2025
01:09
6 694

"Cənub Hazırlıq Kursunda Qaliblərə Ədalətsiz Yanaşma?"

Cənub Hazırlıq Kursunun Sınaq İmtahanında Şəffaflıq Pozuntusu – Valideynlər Narazıdır

Sizinxəbər.Az-a müraciət edən şikayətçi Miranda Qurbanova bildirib ki, 16 fevral tarixində Lənkəran rayonunun Cənub Hazırlıq Kursu tərəfindən sınaq imtahanı təşkil olundu. İmtahana giriş üçün şagirdlərdən 8 manat ödəmə tələb edildi. Bildirildi ki, 500 baldan yuxarı nəticə toplayan şagirdlərə hədiyyələr veriləcək.

İmtahanda iştirak edən 450 şagirdin 500-dən yüksək nəticə topladığı açıqlandı. Daha sonra, 9 mart tarixində Olimpiya Kompleksində mükafatlandırma tədbirinin keçiriləcəyi elan olundu və bütün yüksək nəticə göstərən şagirdlər ora dəvət edildi.

Tədbir saat 11:00-da başlasa da, iştirakçı valideynlər və şagirdlər üçün gözlənilməz hadisələr yaşandı. Hər kəs düşünürdü ki, övladları layiq olduqları hədiyyələri alacaqlar. Lakin vəziyyət tamamilə fərqli oldu.

Valideynlərdən biri bildirir ki, oğlu Mete Kərimov 560 bal toplasa da, mükafatlandırma zamanı adı çəkilməyib. Şagirdlərin adları baş hərflərinə görə səsləndirilirdi və onlara yalnız fəxri fərman təqdim olunurdu. Mete Kərimovun adı səsləndikdən sonra isə 25 dəqiqə keçməsinə baxmayaraq, valideyni onu tapa bilməyib. Valideyn məsələni araşdırmaq üçün içəri daxil olub və yalnız bundan sonra ona fərman təqdim edilib.

Tədbirdə "hədiyyələr püşkatma yolu ilə təqdim edilir" iddiası səsləndirildi. Ancaq maraqlıdır ki, 680 bal toplayan 50 şagird heç bir hədiyyə almadı, lakin hazırlıq kursunun şagirdləri olan bəzi 500-501 ballıq iştirakçılara "AirPods" qulaqcıqları verildi.

Bu, təşkilatçılıq baxımından böyük suallar doğurur:

Niyə yüksək bal toplayan şagirdlərə heç bir mükafat verilmədi?

Hədiyyələr hansı kriteriyaya əsasən paylanırdı?

Niyə tədbirdən əvvəl valideynlərə vəd edilən şəffaf sistem yerinə yetirilmədi?

Bəzi valideynlər çəkiliş apararaq öz övladlarının adlarının hədiyyə siyahısında olduğunu sübut etdikdən sonra təşkilatçılar tərəfindən "hədiyyələr bura gətirilməyib" bəhanəsi ilə qarşılaşıblar. Daha sonra, narazılıq artdıqca, bəzi şagirdlərə tələsik şəkildə diplom verildiyi müşahidə edilib.

Digər bir narazılıq isə mükafatların dəyəri ilə bağlıdır. Verilən hədiyyələr arasında 40 ədəd 3 manatlıq köynək, 10 ədəd 5 manatlıq kitab, 5 ədəd məktəb çantası, 10 ədəd saat və 10 ədəd qulaqcıq olub. Ancaq bu hədiyyələrin böyük əksəriyyəti 500-510 bal toplayan şagirdlərə verilib. 650 və daha yüksək bal toplayanlar isə əliboş tədbirdən ayrılmağa məcbur qalıb.

Valideynlərin və şagirdlərin haqlı narazılığına səbəb olan bu hadisənin araşdırılması üçün Təhsil Nazirliyinə və aidiyyəti qurumlara müraciət edirik. 400-ə yaxın uşaq haqsızlığa məruz qalıb və bu, onların motivasiyasına mənfi təsir göstərib. Bir çox şagird, o cümlədən mənim övladım, bu hadisədən sonra imtahanlara olan inamını itirdiyini və artıq heç bir sınaqda iştirak etmək istəmədiyini bildirib.

Biz hüquqi dövlətin vətəndaşlarıyıq və bu cür haqsızlıqların qarşısının alınacağına inanırıq. Cənub Hazırlıq Kursunun təşkil etdiyi bu tədbirlə bağlı aidiyyəti qurumların təcili tədbir görməsi tələb olunur!



 

Bizimlə əlaqə saxlayın