Dələduzlara aldanmayın: Vətəndaşlara saxta mesajlar göndərilir
sizinxeber.az xəbər saytı

Dələduzlara aldanmayın: Vətəndaşlara saxta mesajlar göndərilir


"Sizinxəbər.Az"ın məlumatına görə,vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir.

Belə ki, son günlər belə mesajların sayı daha da artıb. Mesajlarda guya sosial şəbəkə qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir.

Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi qoyulur. Səhifəsini qorumaq niyyəti ilə vətəndaş öz məlumatlarını daxil etdikdə isə əksi baş verir, səhifəsi oğurlanır. Bundan sonra ələ keçirilən sosial şəbəkə hesabları ilə müxtəlif paylaşımlar edilir, şəxsin yaxınlarına mesajlar yazılaraq pul istənilir.

Ekspertlər şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edirlər. Əks halda, dələduzların toruna düşmək qaçılmaz ola bilər.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:

Oxşar xəbərlər

Mobil telefonunuza saxta SMS-lər gələ bilər - Elektron Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ - VİDEO
Asan yolla pul qazanmaq TƏKLİFİ: Yeni dələduzluq növü aşkarlanıb - VİDEO
ETX teatr və sərgilər adından saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
ETX teatr və sərgilər adından saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle