Azərsu Abonentləri Narazıdır: Xəbərdarlıq Edilmədən Su Kəsildi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
mar
2025
11:23
0
0
2 632

Azərsu Abonentləri Narazıdır: Xəbərdarlıq Edilmədən Su Kəsildi

07 mar, 2025
11:23
2 632

Azərsu Abonentləri Narazıdır: Xəbərdarlıq Edilmədən Su Kəsildi

Azərsu Abonentləri Narazıdır: Xəbərdarlıq Edilmədən Su Kəsildi

Bu barədə Sakinlər tərəfindən Sizinxəbər.Az-a şikayət ünvanlanıb.

Bu gün bir çox vətəndaşlar Azərsunun fəaliyyətindən narazılıq edirlər. Sakinlərin sözlərinə görə, su təchizatı heç bir xəbərdarlıq edilmədən dayandırılıb. Problemlə bağlı Azərsunun qaynar xəttinə edilən zənglərə isə cavab verilmir.

Sakinlər bildirirlər ki, suyun nə vaxt veriləcəyi barədə heç bir rəsmi açıqlama yoxdur. Onlar bu cür halların tez-tez baş verdiyini və bu məsələ ilə bağlı daha ciddi tədbirlərin görülməsini tələb edirlər.

Qeyd edək ki, bu, Azərsu ilə bağlı ilk şikayət deyil. Daha əvvəl də vətəndaşlar xəbərdarlıq edilmədən suyun kəsilməsi, təmir işlərinin uzun sürməsi və kommunikasiya problemləri ilə bağlı narazılıqlarını bildirmişdilər.

Məsələ ilə bağlı Azərsunun rəsmi mövqeyini öyrənməyə çalışacağıq.

Sizcə, bu cür problemlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Fikirlərinizi bizimlə bölüşə bilərsiniz.

Bizimlə əlaqə saxlayın