Sizinxeber.Az

Abbas Trampa bu şərtləri irəli sürdü

0 1

Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Donald Trampla görüş üçün üç şərt irəli sürüb.

Oxu.Az Donia Al-Watan nəşrinə istinadən xəbər verir ki, Fələstin Milli Şurasının üzvü Valid Avadın sözlərinə görə, Abbas ABŞ qarşısında Qüdsdəki səfirliyi bağlamaq, “Əsrin anlaşması” mövzusunu qapatmaq və Fələstin-İsrail danışıqlarına cavabdeh nümayəndələri dəyişmək kimi tələblər irəli sürüb.

V. Avad bildirib ki, ABŞ Fələstinə BMT Baş Assambleyası kuluarlarında Tramp-Abbas görüşünün təşkili ilə bağlı müraciət edib.

Şərhlər
Loading...