Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR
sizinxeber.az xəbər saytı

Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR


Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Ə.M. (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ə.M. saat 19:30-da təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb:

“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.

Oxşar xəbərlər

Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb
Sumqayıtda evə silahlı basqında yaralananların vəziyyəti AÇIQLANDI
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı
Aytən Səfərovanın vəziyyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər