Sizinxeber.Az

Hüquqşünas: Ermənilər özlərini qəsdən döydürürlər, Sumqayıt hadisələri təkrarlanır

1

“Ermənilər təbliğat işinin peşəkarlarıdırlar, onlar Sumqayıt hadisələrində də özlərini qəsdən döydürdülər ki, dünyaya car çəksinlər. Yenə belə edirlər. Fürsət güdürlər ki, birinə nəsə olsun onu dünyada manşet etsinlər, əleyhimizə istifadə eləmək üçün əllərinə fürsət düşsün”. Bu fikirləri Bizimyol.info-ya tanınmış hüquqşünas Aslan İsmayılov səsləndirib.  Aslan İsmayılov “Erməni lobbisinin dünyanın aparıcı media orqanlarında əlaltıları var.Onlardan fərqli olaraq, bizim milyarderlərimizin dünyanın heç bir yerində nüfuzlu mətbu orqanları və telekanalları yoxdur.Bizim milyonçularımızın qəşəng bazarları və yaxtaları var, amma təbliğat maşınları yoxdur.Biz nə etməliyik? Biz maksimal şəkildə baş verənləri dünya mediasına çıxartmalıyqı. Yük ilk növbədə XİN-in və səfirlikləırimizin üzərinə düşür.32 ildir onlar bizi dünyaya vəhşi bir millət kimi tanıdıblar.Sumqayıt hadisələrinin gerçək üzünü biz hələ də dünyaya çatdıra bilməmişik.Heç kim bununla bağlı bir iş görməyib, xüsusən hökumət. Ona görə biz erməni hiyləsinə uymamalıyıq.Bu saat dünyanın nüfuzlu aparıcı mətbu orqanlarının heç birində ermənilər azərbaycanlıları döydü, əzdi şəklində xəbər oxuya bilməzsiniz.Onlar tezliklə bu hadisələri öz istədikləri istiqamətə yönəldəcəklər. Bu həmişə belə olub.Ona görə, “əlimizə daş, bıçaq alaq” kimi çağırışlar etməklə yox. Düşünülmüş ağıllı strategiya ilə hərəkət etməliyik”,- deyə hüquqşünas bildirib. İlhamə Rəsulova

Şərhlər
Loading...