Sizinxeber.az – Azərbaycan Xəbərləri

Avtomobillərin texniki baxış rüsumları artırıldı

Avtomobillərin texniki baxış rüsumları artırıldı
20 dəfə Baxılıb
30 Sentyabr 2019 - 18:56

Avtomobillərin texniki baxış rüsumları artırıldı
Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanunun 18-ci maddəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, qanunun 18.65.1-ci maddəsində (Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə) nəzərdə tutulan dövlət rüsumu artırılır.

Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 30 manata qaldırılması təklif olunur. Hazırda isə bu məbləğ 20 manatdır.

18.65.2-ci maddəsinə də dəyişiklik təklif edilir.

Belə ki, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]