Sizinxeber.az – Azərbaycan Xəbərləri

Sentyabrın 19-na olan hava proqnozu

Sentyabrın 19-na olan hava proqnozu
8 dəfə Baxılıb
18 Sentyabr 2019 - 13:34

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Bizizmyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 19-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Sentyabrın 19-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]