Sizinxeber.az – Azərbaycan Xəbərləri

Azərbaycanda “Maserati”nin vurduğu piyada öldü

Azərbaycanda “Maserati”nin vurduğu piyada öldü
15 dəfə Baxılıb
18 Sentyabr 2019 - 2:14

Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib. Oxu.Az-ın verdiyi xəbərə görə, metronun “Gənclik” stansiyasının yaxınlığında “Maserati” markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]