Sizinxeber.az – Azərbaycan Xəbərləri

Bakıda yol qəzası olub, AzTV-nin 3 əməkdaşı xəsarət alıb

Bakıda yol qəzası olub, AzTV-nin 3 əməkdaşı xəsarət alıb
5 dəfə Baxılıb
11 Sentyabr 2019 - 0:42

Paytaxtın Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb. “Report” xəbər verir ki, hadisə Milli Məclisin binası qarşısında baş verib. Qəza zamanı AzTV-nin 3 əməkdaşı – 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahin oğlu, 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı və 1992-ci il təvəllüdlü Talıbova Səbinə Fərhad qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb. S.Cəfərzadəyə kəllə-beyin travması və təpə nahiyəsində əzilmiş-cırılmış yara, A.Əzizovaya və S.Talıbovaya döş qəfəsinin küt travması diaqnozları qoyulub. Məsələ ilə bağlı “Report”a açıqlama verən AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov hadisəni təsdiqləyib. Onun sözlərinə görə, AztTV-nin əməkdaşlarının vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]