Sizinxeber.az – Azərbaycan Xəbərləri

Diqqət! Bu rayonlarda qaz olmayacaq

Diqqət! Bu rayonlarda qaz olmayacaq
10 dəfə Baxılıb
11 Sentyabr 2019 - 0:30

Diqqət! Bu rayonlarda qaz olmayacaq
Sentyabrın 11-də səhər saat 09:00-dan Şəki rayonunun Turan qəsəbəsi və bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz İB”dən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri icra olunacaq.

Bundan başqa, qaz xətlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzi və 1 qəsəbədə, eləcə də saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə qaz fasilələrlə veriləcək.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]