Sizinxeber.az – Azərbaycan Xəbərləri

Ramiz Zeynalovun qohumu qətlə yetirildi — BAKIDA

Ramiz Zeynalovun qohumu qətlə yetirildi — BAKIDA
319 dəfə Baxılıb
01 Sentyabr 2019 - 21:30
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib.

“Ölkə.Az” BakuPost-a istinadən xəbər verir ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib.

Qətlə yetirilən 1990-cı il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlu döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]