20 yaşdan aşağı insanlar ətrafa ölüm saçırlar, siqaret tüstüsü koronavirusa yoluxdurur - AÇIQLAMASizinxeber.az – Azərbaycan Xəbərləri

21 Ocak 2021 - 05:57

20 yaşdan aşağı insanlar ətrafa ölüm saçırlar, siqaret tüstüsü koronavirusa yoluxdurur – AÇIQLAMA

20 yaşdan aşağı insanlar ətrafa ölüm saçırlar, siqaret tüstüsü koronavirusa yoluxdurur – AÇIQLAMA
ƏLAVƏ OLUNUB :

02 Dekabr 2020 - 14:35

20 yaşdan aşağı insanlar ətrafa ölüm saçırlar, siqaret tüstüsü koronavirusa yoluxdurur – AÇIQLAMA
“20 yaşına qədər şəxslər koronavirus xəstəliyinin daşıyıcılarıdır”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, yaşı 20-dən kiçik olanlar xəstəliyi simptomsuz keçirir: 
“Həmin şəxslər evə gələrək 65 yaşdan yuxarı şəxsləri və xəstə insanları yoluxdura bilərlər. Bununla da deyə bilərik ki, 20 yaşdan aşağı insanlar ətrafa ölüm yayırlar”.
“İnsanlar bir yerə toplaşır, sosial məsafə saxlamır, maska taxmırlar. Siqaret çəkən şəxslər əgər xəstə olarsa, onlar ətrafa yaydıqları tüstü ilə xəstəliyi yayırlar. Eyni zamanda, taksidən istifadə edərkən pəncərələr açılmalı və havalandırma olmalıdır”, – deyə o qeyd edib.
İlhamə Əbülfət

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.