Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?
"Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir".
Referans.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.
“Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə, ondan 130 manat cərimə tələb olunur. Həmçinin, vətəndaşlara aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlərin də tezliklə qiymətləri qaldıracağı bildirilir. Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır. Xatırladıram ki, “Aztelekom” son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra “Huavey” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim edərək minimum tarif 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıb. 15 avqust tarixindən başlayaraq isə bu, 25 manata (100Mbit/s) qaldırıb. Bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada məlumatlar yayılıb.
Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”, - deyə ekspert bildirib.
Oxşar xəbərlər
Azərbaycanda internet bahalaşır
Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda internet paketi 15 avqusta kimi yenilənən abunəçilər hansı tariflə ödəniş edəcəklər? – RƏSMİ AÇIQLAMA
Qiymətlər artır, keyfiyyət azalır: Hər kəsə internet lazımdır?
İnternetdən istifadə edənlər üçün VACİB AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








