Sizinxeber.Az

İdman ustadları: Bizi arxasınca apara bilən liderimiz var

0 1

İdman ustadları: Bizi arxasınca apara bilən liderimiz var
Son bir il ərzində Azərbaycanda digər sahələrdə olduğu kimi, idman sahəsində də uğurlu siyasət davam etdirilir.
Oxu.Az xəbər verir ki, mayın 29-da UEFA Avropa Liqası kimi mötəbər turnirin finalının Bakıya salınması, iyunda Avropa Olimpiya Komitəsinin gənc atletlər arasında keçirdiyi Olimpiya Festivalının paytaxtımızda təşkil olunması bu siyasətin davamı kimi göstərilə bilər.
Elə mütəxəssislər də bunu vurğulayır. AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov martın 3-də “UEFA Avropa Liqası – Ulduzlar finalı”nda ölkə başçısı İlham Əliyevlə görüşən şəxslər arasında olub:

“Ölkə başçısının hər bir tədbirdə iştirakı onu göstərir ki, daim idmançıların yanındadır. Bunu bütün idman tədbirlərinə aid edə bilərik. UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi elə-belə hadisə deyil. Ondan əvvəl Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının Bakıda keçirilməsi ölkə başçısının idmana diqqətinin nəticəsidir. Dünya futbol ulduzları ilə görüş onu göstərdi ki, bizim nə qədər səmimi, alicənab, qayğıkeş prezidentimiz var. Vətəndaşların hər bir problemi ilə maraqlanması, ulduzların oyunundan sonra azyaşlı uşaqlarla tək-tək selfi çəkdirməsi, protokoldan kənar şeylər etməsi onun daxilən necə bir insan olmasının göstəricisidir.
Ölkəmiz çoxdandır ki, idman ölkəsinə çevrilib. Artıq dünyada Azərbaycan idman ölkəsi kimi tanınır. Bunda da cənab prezident İlham Əliyevin böyük rolu var. Biz onunla görüşdükdə nə qədər səmimi, alicənab biri olduğunu öz gözümüzlə gördük. “İlhamla irəli” şüarının arxasınca getməyə hazır olan insanlarıq.
İdmandan kənara çıxsaq, qeyd etməliyəm ki, sosial problemlərə dərhal reaksiya verir. Bu onu göstərir ki, o, vətəndaşlarının problemləri ilə maraqlanır, daim onların arxasındadır. O Ağsuda zəlzələ zamanı zərər görmüş vətəndaşlarla görüşü zamanı deyib ki, məqsədim Azərbaycan vətəndaşlarına xidmət etməkdir. Məncə, elə bu sitat çox şeydən xəbər verir.
Prezidentlə görüşümüzdə də hər bir mövzuya toxunduq. İdmandan da, sosial məsələlərdən də danışdıq, hətta zarafatlaşmağa da imkan tapdıq. Yəni, demək istəyirəm ki, bizi arxasınca apara bilən liderimiz var. Hər zaman onun arxasınca getməyə hazırıq”.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov isə “Formula-1”lə müqavilə müddətinin uzadılması və vergi siyasətində aparılan uğurlu işdən bəhs edib:

“Ölkə başçısı, cənab İlham Əliyevin idmana diqqət ayırmasından saatlarla danışmaq olar. Onun idman sahəsində son illər yürütdüyü siyasət göz qabağındadır. Bunun nəticəsində ölkədə kifayət qədər tanınmış idman turnirləri təşkil olunub. Təsadüfi deyil ki, bu tədbirlər sayəsində kifayət qədər məşhur simalar Azərbaycana təşrif buyurub. İdmançılarımız hər zaman bu diqqət və qayğını hiss edir. Özümün çalışdığı idman növündən danışmalı olsam, nəticələrimiz göz qabağındadır. Təbii ki, dövlət tərəfindən belə diqqət ayrılmasa, bu nəticələrin olması da mümkünsüz olar.
Bayaq qeyd etdim ki, ölkəmizdə “Formula-1” yarışları keçirilir. Yaxınlarda bu yarışın müqavilə müddəti daha üç illiyə artırıldı. Bu o deməkdir ki, Azərbaycan bu illər ərzində xarici turistlərin getmək istədiyi ölkələr siyahısında olacaq, ölkəmizin adı dünyanın aparıcı media nəşrlərində çəkiləcək.
Ölkəmizdə bu il Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu, Avropa Olimpiya Komitəsinin gənc idmançılar arasında keçirdiyi Olimpiada sayılır. Belə yarışların təşkilatçılığı ancaq inkişafda olan ölkələrə verilir. Təəssüf ki, bir belə görülən işlərə xaricdən ağız büzənlər var. Onlar hər zaman bizləri qarşısında görəcək.
Ölkə başçısının vergi siyasətini xüsusi vurğulamalıyam. Bildiyiniz kimi, artıq idmana pul yatıran şirkətlər Vergi Məcəlləsində edilmiş dəyişikliyə görə mənfəətinin 10 faizindən çox olmayan hissəsini on il müddətinə vergilərə ödəməkdən azad olur. Bu, idmana pul ayırmaq istəyən şirkətlər üçün çox əla bir fürsətdir. Düşünürəm ki, belə uğurlu dəyişiklik də ölkə idmanına pul ayırmaq istəyən qurumların qarşısına yaxşı imkanlar açır”.

Şərhlər
Loading...