Sizinxeber.Az

Formula 1 Filarmoniya tribunasına bütün biletlər satıldı

0 1

Formula 1 Filarmoniya tribunasına bütün biletlər satıldı
Formula 1 Azərbaycan Qran Prisinə əlli günün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər artıq tamamilə satılıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ümumilikdə yarışa olan biletlərin böyük hissəsinin satıldığını bildirib:
“İndiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin yetmiş faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür. Əvvəlki illərlə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb.
Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində on faizlik artım müşahidə
olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”.
Qeyd edək ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə biletlərin satışı hazırda davam edir. Biletlər yerli sakinlərə orijinal qiymətindən 25 faiz ucuza təklif olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
Pilotların gərgin mübarizəsi fonunda baş tutacaq möhtəşəm yarış həftəsonunu qaçırmaq istəməyən əyləncəsevərlər biletləri əməliyyat şirkətinin rəsmi veb-səhifəsindən (https://www.bakucitycircuit.com/az/buy-now) və paytaxtın müxtəlif məkanlarında yerləşən bilet satış nöqtələrindən əldə edə bilərlər.

Şərhlər
Loading...