Sizinxeber.Az

“Prezidentlə görüşdə siyahını kim tutubsa, Azərbaycan musiqisini çox yaxşı bilir” – Akif İslamzadə

0 1

Ötən həftə prezident İlham Əliyevin mədəniyyət və incəsənət adamları ilə keçirdiyi görüş hələ də müzakirə olunmaqdadır. Həmin görüşdə bir çox sənət adamları iştirak etsə də, Akif İslamzadə dəvət edilməyib.

İlham Əliyev

Akif İslamzadə bizimyol.info-ya açıqlamasında belə hallarda heç vaxt küsmədiyini bildirib. “Heç mənim bu məsələdən xəbərim yoxdur. Mən televiziyaya baxmıram, qəzetləri də oxumuram, ona görə də xəbərim yoxdur.

Mən, ümumiyyətlə belə yerlərə dəvət edilməyəndə küsmürəm. Çünki, bu siyahını prezident tutmur, kim tutubsa ondan soruşmq lazımdır niyə dəvət edilməmişəm? Siyahını kim tutubsa, görünür o Azərbaycan musiqisini çox yaxşı bilir, ona görə də belə edib. Əgər mən həmin görüşə dəvət alsaydım mütləq təhsildən danışardım.

Musiqi ilə bağlı təhsildən danışardım, çünki musiqi təhsili kökündən dəyişməlidi. Mən artıq rəhmətimi qazanmışam. Dəvət edilməmişəm, eybi yox. Allah millətin yadından çıxarmasın.”

Şərhlər
Loading...