Sizinxeber.Az

Məleykə Abbaszadə Ucarda vətəndaşların müraciətlərini dinləyəcək

0 1

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 14-də Ucarda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Ucarla yanaşı, Göyçay, Kürdəmir və Ağsu rayonlarının sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Ucar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay şəhəri, R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: 020-2746674) xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Ucar, Göyçay, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə də müraciət edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Şərhlər
Loading...