Sizinxeber.Az

Lənkəranda Novruz yarmarkalarına start verilib

0 1

Martın 2-də Lənkəranda qarşıdan gələn Novruz bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən satış yarmarkasında vətəndaşların sərbəst alış-verişi üçün lazımi şərait yaradılıb.

Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, eləcə də fermer və fərdi təsərrüfatlarda yetişdirilən məhsullar satışa çıxarılıb.

Səhər saatlarından başlayan yarmarkada alıcılara 30 tondan çox müxtəlif növ ərzaq məhsulları, yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, digər meyvələr və meyvə şirələri təklif olunub.

Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətlərinin bazardakından 20-25 faiz ucuz olması sakinlər tərəfindən razılıqla qarşılanıb.

Şəhər icra hakimiyyətinin məsul işçiləri yarmarkaya baş çəkərək məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.

Yarmarkalar Novruz bayramı günlərinədək davam edəcək.

Şərhlər
Loading...