Sizinxeber.Az

Bakıda futbol məktəbində yanğın – YENİLƏNİB + FOTO/VİDEO

0 2

Bakıda futbol məktəbində yanğın – YENİLƏNİB + FOTO/VİDEO
“Vətən” futbol məktəbində baş verən yanğın söndürülüb. 

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

09:52

Bakıda “Vətən” futbol məktəbində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. 

İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Şərhlər
Loading...