Sizinxeber.Az

Prezident İlham Əiyev: Dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir

0 1

Dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə yekun çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bəzi məsələlərlə bağlı mən elə bu gün öz fikrimi xronoloji ardıcıllıqla bildirmək istərdim. Yazıçılar üçün Yaradıcılıq Evinin bərpası prosesinə start verildi. Anar müəllim bu barədə öz fikrini söylədi və bildirdi ki, biz görüş əsnasında bu məsələni həll etdik. Orada məskunlaşan köçkünlərə yeni evlər, yeni mənzillər verilir. Həmin bina əsaslı şəkildə təmir olunacaq və yazıçıların ixtiyarına veriləcəkdir. Eyni zamanda, Şabran rayonunda da Müasir Yaradıcılıq Mərkəzi yaradılır”.

İlham Əliyev bildirib ki, digər təkliflərə, abidələrlə bağlı olan təkliflərə də mütləq baxılacaq: “Cəlil Məmmədquluzadənin abidəsi ilə bağlı təklifləri mən qəbul edirəm, dəstəkləyirəm. Yazıçılar üçün tikiləcək evlə bağlı müvafiq göstəriş verildi, torpaq sahəsi ayrıldı və bu ev tikiləcək. Bununla bərabər, hesab edirəm ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə müvafiq göstərişlər veriləcək. Onlar indi mənim göstərişlərimi eşidirlər. Qısa müddət ərzində torpaq sahəsi ayrılsın və biz görkəmli xadimlərə gözəl ev tikək, onları mənzillərlə təmin edək”.

Şərhlər
Loading...