Sizinxeber.Az

Deputat: Ən çox sevinənlər talış qardaşlarımız olacaq

0 1

Deputat: Ən çox sevinənlər talış qardaşlarımız olacaq
Buna ən çox sevinən bizim talış qardaşlarımız olacaq.

Bu sözləri Oxu.Az-a açıqlamasında millət vəkili Sahib Alıyev separatçı Fəxrəddin Abbasovun Moskvadan Bakıya deportasiya olunması xəbərini şərh edərkən deyib.

O bildirib ki, bu, prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında qarşılıqlı güvənə dayanan əlaqələrin nəticəsidir.

“Fikrimcə, Fəxrəddin Abbasovun həbsinə ən çox sevinənlər bizim talış qardaşlarımız olacaq. Ona görə ki, şərəf hissini itirmiş bu adam bir tərəfdən özünü talış millətçisi kimi təqdim edir, digər tərəfdən də torpaqlarımızın bütünlüyü uğrunda şəhid olan minlərlə soydaşının ruhunu incidərək gedib haylarla işbirliyi qurur, Ermənistan kəşfiyyatının verdiyi müxtəlif tapşırıqları yerinə yetirirdi.

İndi bütün bunlara görə məhkəmə qarşısında cavab verəcək. Qoy, digər satqınlara da dərs olsun!”, – deyə o qeyd edib.

Şərhlər
Loading...