Sizinxeber.Az

İlham Əliyev: Gənclər milli ruhda tərbiyə olunmalıdır

0 2

İlham Əliyev: Gənclər milli ruhda tərbiyə olunmalıdır
Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. 

Oxu.Az-ın xəbərinə görə, bunu prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, buna nail olmaq üçün əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür. 

“Ona görə bu məsələlərlə və istənilən məsələ ilə bağlı bu gün mən sizinlə danışmaq istərdim. Hesab edirəm, mən giriş sözümü yekunlaşdırmalıyam ki, sizə daha çox imkan yaradım və siz öz sözünüzü deyəsiniz”, – deyə Azərbaycan prezidenti yekunlaşdırıb.

Şərhlər
Loading...