Sizinxeber.Az

Həmsədrlər: Əliyev və Paşinyan yaxın zamanlarda görüş təklifini qəbul etdilər

0 1

Həmsədrlər: Əliyev və Paşinyan yaxın zamanlarda görüş təklifini qəbul etdilər
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan yaxın zamanda ATƏT-in Minsk qrupunun xətti ilə görüşün keçirilməsi ilə bağlı qrupun təklifini qəbul edib.

Bu barədə həmsədrlərin regiona səfəri çərçivəsində verdiyi yekun bəyanatda deyilir.

Qeyd edək ki, bundan əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endrü Şofer fevralın 20-də Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan, fevralın 21-də isə Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirərək, liderlərin yaxın zamanda görüşünə hazırlıqlarla bağlı sualları, o cümlədən, danışıqların mümkün mövzularını müzakirə edib.

Şərhlər
Loading...